“Ailəmiz dağıldı”: İsraildə öldürülən Şani Lukun qardaşı baş verənlərdən danışıb
2-11-2023, 15:22
7 859

“Ailəmiz dağıldı”: İsraildə öldürülən Şani Lukun qardaşı baş verənlərdən danışıb

Oktyabrın 7-də gərginləşən Fələstin-İsrail münaqişəsinin ilk qurbanlarından biri Qəzza zolağı ilə sərhəddə keçirilən musiqi festivalının iştirakçıları olub. HƏMAS-ın hücumunda ölənlərdən biri 22 yaşlı alman qadın Şani Lukdur.
Bu barədə “Rambler” məlumat yayıb.
Qeyd olunub ki, internetdə fələstinli yaraqlıların maşınının arxasında qız cəsədinin yatdığı video yayılıb. Bu, bütün dünyanı şoka saldı, lakin onun yaxınları üçün nə baş verdiyini anlamaq ən çətin idi.
"Bacımı belə vəziyyətdə görəcəyimi heç düşünməzdim", - deyə Şaninin qardaşı Luk Amit bildirib:
“O anda bütün ailəmiz dağıldı. Bu qəddarlığı görmək o qədər ağır idi ki... HƏMAS onun üstünə tüpürdü və onunla heç bir şey deyilmiş kimi rəftar etdi”.
Xatırladaq ki, oktyabrın 10-da qızın anası Rikarda Luk Şani Lukun sağ olduğunu bildirmişdi. Bu barədə qızı qaçıranların ona xəbər verdiyi iddia edilir. Lakin bu məlumatın təsdiqi olmayıb. Oktyabrın 30-da İsrail Xarici İşlər Nazirliyi alman tələbə Şani Lukun ölümünü təsdiqləyib.

Oxşar xəbərlər