Cəmiyyət
2-11-2023, 16:26
7 837
"Xalq ağı qaradan ayırmağı yaxşı bilir" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
“AXCP sədri və onun müavinləri elə bəyanatlarla çıxış edirlər ki, bişmiş toyuğun gülməyi gəlir. İndi də guya Azərbaycanın qanunla deyil, insafın ümidinə qaldığını söyləyirlər”. Bu sözləri açıqlamasında deputat Elman Nəsirov AXCP sədrinin müavini Fuad Qəhrəmanlının “Ölkə qanunların deyil, olmayan insafın ümidinə qalıb” fikrinə münasibət bildirərkən deyib.

Deputat sözlərinə belə davam edib: “Aşığın sözü qutardıqda necə nanay-nanay edirsə, bunlar da həmin vəziyyətdədir. Əvvəla gərək tənqid edəndə özün o qədər obyektiv olasan ki, sözünün də bir çəkisi olsun. Əgər bu gün AXCP və onun digər üzvləri tarixi zəfərimizdən məmnunluq hissi keçirmirlərsə, qürur hissini yaşaya bilmirlərsə, hansı haqla haqq-ədalətdən, insafdan bəhs edirlər?! Bu bir həqiqətdir və bütün dünya da bunu qəbul edir ki, Azərbaycanda Prezident, ordu və xalq sözləri sinonimləşərək tarixi qələbəmizin simvollarına çevrilib”.
Əli Kərimli sözlərinə belə davam edib: “AXCP sədri və nümayəndələri çıxışlarında məcbur olub ordumuzun və xalqın adını çəkirlər. Amma xalqın seçdiyi və bu tarixi zəfərin əldə edilməsində misilsiz xidmət göstərmiş Azərbaycan Prezidentinin adını vurğulamırlar. Sanki ordu və xalq Prezidentsiz bu tarixi zəfərə imza atıb. Halbuki bu üç qüvvənin birliyi tarixi nailiyyətlərimizi şərtləndirib. Cənab Prezidentə qarşı bu nə qısqanclıqdır? Unutmasınlar ki, xalqın gözü tərəzidir. Xalq ağı qaradan ayırmağı yaxşı bilir. Xalqımız görür ki, AXCP, onun sədri və nümayəndələrinin həqiqəti söyləməyə dili gəlmir.
Bu elə bir tarixi nailiyyətdir ki, burada iqtidar-müxalifət bölgüsü olmamalıdır. Biz hamımız bir xalq olaraq sevinməliyik. Xalq sevinsə də radikal müxalifət qəm içindədir. Hesab edirlər ki, bu tarixi zəfərdən sonra cənab İlham Əliyevin və iqtidarın elə bir nüfuzu var ki, onların hakimiyyətə gəlişi ilə bağlı bütün arzuları ürəklərində qalacaq. Azərbaycan Prezidentinə xalqın etimadı ən yüksək səviyyədədir”.