Cəmiyyət
3-11-2023, 14:04
7 647
Bakıda evlərdən 7 minlik oğurluq edən tutuldu
Bakıda evlərdən oğurluq edilib.
Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Kürdəxanı qəsəbəsindəki evlərin birindən 2000 manat dəyərində məişət əşyaları oğurlanıb.
Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən İmişli rayon sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Xəyal Behbudov saxlanılıb.
Araşdırmalarla onun ayrı-ayrı vaxtlarda Kürdəxanı və Pirşağı qəsəbələri ərazisində 4 evdən ümumilikdə 5600 manat dəyərində məişət əşyaları və təmir alətləri oğurlaması da müəyyən olunub.