Fədayə İlahə ilə küsdüklərini etiraf etdi
3-11-2023, 15:07
7 750

Fədayə İlahə ilə küsdüklərini etiraf etdi

Müğənni Fədayə Laçın  bacısı İlahə Fəda ilə küsdüklərini etiraf edib.

Sənətçi bu haqda "Evdəkilərə salam" verilişində qonaq olarkən deyib. O bildirib ki, bacısı ilə danışmırmışlar.

Fədayə aparıcının "İlahə Fəda Avropada olduğu üçün proqrama qatılmayıb. Münasibətiniz var?" sualına belə cavab verib:

"Bacım deyil? Niyə münasibətimiz olmasın ki... Amma deyim ki, onun xətrinə dəymişdim, danışmırdıq. Sonra üzrxahlıq etdim, könlünü aldım.

Dedim ki, bacı, sən nə deyirsən o, olsun".

Oxşar xəbərlər