Murat Dalkılıçdan pərəstişkarlarını qorxudan xəbər: Səkkizinci dəfə əməliyyat olundu
3-11-2023, 15:34
7 938

Murat Dalkılıçdan pərəstişkarlarını qorxudan xəbər: Səkkizinci dəfə əməliyyat olundu

Türkiyəli məşhur müğənni Murat Dalkılıç səkkizinci dəfə burnundan əməliyyat olunduğunu açıqlayıb.

Dalkılıç daha əvvəl ibtidai sinifdən bəri burnundan əməliyyat keçirdiyini bildirib.

“Plastik əməliyyat elətdirmişəm. Hətta 7 dəfə. İbtidai siniflərdən bəri burnumda estetik əməliyyatlar elətdirirəm. Mənim bir xəstəliyim var. Burun sümüklərim kənara çıxırdı”, - deyə 40 yaşlı müğənni qeyd edib.

Murat Dalkılıç, həmçinin həkim o sümükləri götürərkən qığırdaqlarını da götürdüyünü və bu zaman həyatının ən çətin günlərinin başladığını vurğulayıb.

Mənbə: Haber Global

Oxşar xəbərlər