53 yaşlı kişinin qətli ilə bağlı yeni detallar
3-11-2023, 16:07
8 383

53 yaşlı kişinin qətli ilə bağlı yeni detallar

Noyabrın 1-də Xəzər rayonunun Şağan qəsəbəsində 53 yaşlı Cavanşir Abdullayevin güllələnərək qətlə yetirildiyi hadisənin bəzi təfərrüatı üzə çıxıb.

Hadisəni törətməkdə şübhəli bilinən 1985-ci il təvəllüdlü Pərviz Xudaverdiyev ölən şəxsin qohumu olub.

Belə ki, C.Abdullayev Pərvizin əmisinin qudası imiş. Mərhum C.Abdullayev quyu qazan texnikanın sürücüsü kimi, P.Xudaverdiyev isə qəssab kimi fəaliyyət göstərirmiş.

“Xəzər Xəbər”in yaydığı iddiaya görə, C.Abdullayevin oğlu bir müddət əvvəl Pərvizin bacısını qaçırıb. Bu səbəbdən onların arasında münaqişə yaranıb.

Münaqişə zəminində 38 yaşlı kişi həmin oğlanın atasını "Revolver" tipli tapança ilə güllələyərək qətlə yetirib.

O, daha sonra könüllü şəkildə polisə təslim olub.

Oxşar xəbərlər