Bakıda atəşfəşanlıq və konsert olacaq
4-11-2023, 15:23
1 669

Bakıda atəşfəşanlıq və konsert olacaq

8 Noyabr - Zəfər Günü münasibətilə Bakıda konsert proqramı və atəşfəşanlıq təşkil olunacaq.

Bununla bağlı Dənizkənarı Milli Parkda hazırlıq işlərinə başlanılıb.

Parkda yerləşən Saat qülləsinin yanında böyük səhnə qurulur.

Qeyd edək ki, Zəfər Günü Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla təsis edilib. 

Oxşar xəbərlər