Əmək müqavilələrinin sayında 35 faizlik artım var
4-11-2023, 16:29
14 857

Əmək müqavilələrinin sayında 35 faizlik artım var

Son dörd il ərzində əmək müqavilələrinin sayında 465 min artım var. Bu, təqribən 35 faizlik bir artımıdır.

AZƏRTAC xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında deyib.

“2,5 dəfə əməkhaqqı fondunda artım var. Bu, çox yaxşı dinamikadır. Bu istiqamətdə işlər davam etməlidir ki, arzu etdiyimiz nəticələrə nail olaq ”, - deyə nazir əlavə edib.

Oxşar xəbərlər