Cinayət əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
6-11-2023, 12:39
1 788

Cinayət əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Əməliyyat tədbiri nəticəsində cinayət törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Oktyabrın 30-da səhər saatlarında Binəqədi rayonu ərazisindən Bakı şəhər sakini olan 1993-cü il təvəllüdlü bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü Mehman Kərimov müəyyən olunaraq saxlanılıb.

Oxşar xəbərlər