Cəmiyyət
6-11-2023, 12:51
1 865
Azərbaycanın Dövlət Bayrağı haqqında yeni dövlət standartı qəbul edilib
qtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS 001-2006 “Azərbaycan Respublikasının Dövlət Bayrağı. Texniki şərtlər” dövlət standartı əvəzinə yenilənmiş AZS 001-2023 “Azərbaycan Respublikasının Dövlət Bayrağı. Texniki şərtlər” dövlət standartı qəbul edilib.
AZSTAND-dan AZƏRTAC-a bildirilib ki, bu standart Azərbaycan Respublikasının Dövlət Bayrağına şamil edilir və onun hazırlanmasına dair texniki tələbləri müəyyənləşdirir. Eyni zamanda, standartla Azərbaycan Respublikasının Dövlət Bayrağının utilizasiya qaydaları da müəyyən olunur.