Evinin altında 2000 illik yeraltı şəhər TAPDI -FOTOLAR
6-11-2023, 12:55
1 872

Evinin altında 2000 illik yeraltı şəhər TAPDI -FOTOLAR

Kayseridə Memar Sinanın evinin yerləşdiyi küçədə yaşayan 57 yaşlı Mustafa Halıcıoğlu 5 il əvvəl təmir etməyə başladığı evinin altında 200 metr uzunluğunda, 2000 illik yeraltı şəhər tapıb.

Türk mediası xəbər verir ki, Melikqazi rayonu Ağırnas Məhəlləsində Memar Sinanın evinin yerləşdiyi küçədə yaşayan Mustafa Halıcıoğlu 5 il əvvəl evini təmir etdirməyə başlayıb. Halıcıoğlu küçədəki 4 evin hamısını alaraq təmir işlərini genişləndirib. Bu zaman evinin altında yeraltı şəhər olduğunu aşkar edib.

Halıcıoğlunun kəşf etdiyi yeraltı şəhər ÇEKÜL Vəqfinin köməyi ilə üzə çıxarılıb. Yeraltı şəhər "Halıcıoğlu Yeraltı Şəhəri" adlandırılıb.

Evinin altında 2000 illik yeraltı şəhər TAPDI -FOTOLAREvinin altında 2000 illik yeraltı şəhər TAPDI -FOTOLAR

Oxşar xəbərlər