Cəmiyyət
7-11-2023, 11:24
1 211
Müharibəni udan Ali Baş Komandanın sülhü də qazanacağı zaman məsələsidir, bu, aksiomdur, isbata ehtiyacı yoxdur - RƏY
44 günlük Vətən müharibəsi ilə Ali Baş Komandan, Prezident İlham Əliyev güclü sərkərdəliyi, xalqımızın birliyi sayəsində erməni işğalına son qoyuldu. Artıq bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Dövlət bayrağı dalğalanır. Bu illər ərzində Azərbaycan gücləndi, dünya miqyasında öz layiqli yerini tuta bildi. Artıq dünya ölkələri Azərbaycanla hesablaşırlar. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha da böyük coğrafiyada böyük məna daşıyır.
Mövzu ilə bağlı fikirlərini bölüşən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib ki, 8 Noyabr-Zəfər Günü xalqın qürur mənbəyinə çevrilmiş şanlı tarixdir.

Deputat bildirib ki, bu tarixi zəfəri ilə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk edib: “Bu tarixi qalibiyyətin nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirildi. Xalq olaraq qəddimiz düz, başımızı uca oldu. Qürurumuz özümüzə qaytarıldı. Alnımızdan xəcalət təri birdəfəlik silindi. Birəşdik, bütövləşdik. Ən qatı əleyhdarlarımız belə bu həqiqəti etiraf etmək məcburiyyətində qaldılar. Tarixi zəfər nəticəsində təkcə ərazi bütövlüyümüz və suverenliyimiz təmin olunmadı, həm də erməni faşizminə ölümcül zərbə endirildi. Eyni zamanda Ermənistanın və dünya ermənilərinin son 30 il ərzində sitayiş etdikləri “miatsum” ideologiyası - İrəvan və Qarabağ ermənilərini vahid dövlət tərkibində görməyi hədəfləyən, bu prosesdə qonşu Gürcüstan ərazisinə də ilhaq zonası kimi yanaşan irticaçı ideya iflasa uğradı. Bu gün Ermənistan dövləti və erməni xalqı milli ideologiyadan məhrum olub. O, tarixin zibilliyinə atılmışdır. Eyni məkanda “Ermənistan-diaspora-artsax” ideoloji triadası da yer alıb”.
E.Nəsirov xatırladıb ki, hələ 2016-cı ilin aprel ayında Lələtəpə və 2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı Azərbaycan bu işğal ilə barışmayacağını bütün dünyaya nümayiş etdirib: ““Müasir dünyada hüququn gücü deyil, gücün hüququ işləyir və güclüsənsə, haqlısan məntiqi hökm sürür” deyən Prezident İlham Əliyev böyük uzaqgörənlik nümayiş etdirərək ordu quruculuğu məsələlərini prioritet sahə kimi müəyyən edib və bu istiqamətdə möhtəşəm addımların atılmasını təmin edib. Dövlətimizin başçısı hələ vaxtilə böyük uzaqgörənliklə vurğulamışdı: “Əminəm ki, Azərbaycan gücləndikcə ordumuz da güclənəcək və ordumuz istənilən vəzifəni həll etməyə hazırdır, buna qadirdir. Azərbaycan ordusu nəinki bölgədə, həm hərbi potensialına, həm döyüş qabiliyyətinə, həm də təchizatına görə dünya miqyasında güclü ordular sırasındadır. Təsadüfi deyildir ki, ölkəmizin büdcə zərfində müdafiə xərcləri hər zaman üstün mövqeyə malik olub. Əgər 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon dollara bərabər idisə, Vətən müharibəsinin başladığı 2020-ci ildə bu göstərici 1,9 milyard dollar təşkil etmişdi. Ölkəmizdə qısa zaman ərzində 20-dən artıq hərbi zavodun işə salınması və müasir hərbi-sənaye kompleksinin formalaşması tarixi nailiyyət hesab olunmalıdır. 5-ci nəsil silahların dünyanın aparıcı silah ixracatçılarından alınması və bu sahədə də uğurlu şaxələndirmə siyasətinin tətbiq edilməsi ölkəmizə təkcə hərbi deyil, həm də siyasi dividentlər gətirib. Ordumuzda döyüş ruhu və hərbi-vətənpərvərlik hissinin ən yüksək səviyyəsi təmin edilib. Ordumuz Vətən qarşısında xilaskarlıq missiyasını həyata keçirdiyindən intəhasız motivasiyaya malik olduğu halda, düşmən ordusu öz işğalçı mahiyyəti səbəbindən bütün bunlardan məhrumdur. “Yenilməz” erməni ordusunun gücü isə yalnız əliyalın dinc insanlara çatır. Müharibə dövründə Ermənistan hakimiyyəti növbəti hərbi cinayətlərə imza atıb. Eyni zamanda Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində ekosid-ətraf mühitə qarşı genosid törədib. Meşələrimizin 60 min hektarı məhv edilib, torpaqlarımız və çaylarımız çirkləndirilib, zəhərlənib. Qeyd edək ki, 2021-2023-cü illərdə dövlət büdcəsindən işğaldan azad olunmuş ərazilərin bərpası və yenidənqurulması işlərinə 7 milyard ABŞ dolları vəsait xərclənib. 2024-cü ilin dövlət büdcəsində eyni məqsəd üçün ən azı 2,4 milyard ABŞ dolları vəsaitin ayrılması nəzərdə tutulur. Böyük Qayıdış Proqramı uğurla icra edilir. Artıq keçmiş məcburi köçkünlərin - bu torpaqların əsl sahiblərinin Laçın və Füzuli şəhərlərinə, digər kəndlərə qayıdışı təmin edilib. 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın geri dönməsi nəzərdə tutulur. Yeni reallıqda işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi bir nömrəli məsələyə çevrilmişdir. Beləliklə, 10 noyabr üçtərəfli bəyanatı ilə müharibəyə son qoyulsa da, Ermənistanın Azərbaycana qarşı “mina müharibəsi” davam etməkdədir. Bu isə beynəlaxaq hüquq norma və prinsiplərinə qarşı Ermənistanın həqarətli davaranışının növbəti bariz nümunəsidir. Birbaşa müharibə cinayətidir. Beynəlxalq ictimaiyyət Ermənistanı məcbur etməlidir ki, azad olunmuş ərazilərimiz üzrə dəqiq mina xəritələrini ölkəmizə təqdim etsin”.
E.Nəsirov əlavə edib: “Formalaşmış şəraitdə sentyabrın 19-da Azərbaycana anti-terror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qalmadı. Bir sutkadan da az davam edən tədbirlər nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildi, 10-15 min nəfərlik çoxminli kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu. Uzun illər ərzində ilmə-ilmə işlənən, müxtəlif dövrlərdə Cənubi Qafqazla bağlı planları olan qüvvələrin dəstəyi ilə reallaşdırılmağa çalışılan “böyük Ermənistan” planı Azərbaycan liderinin uzaqgörən siyasəti, qətiyyəti və iradəsi sayəsində süquta uğradı, darmadağın edildi. Erməni “miatsum”u, “ikinci erməni dövləti” xəyalları birdəfəlik məhv edildi. Qarabağda Azərbaycan xalqının qanını tökmüş, Xocalıda soyqırımı törətmiş hərbi canilər artıq əliqandallı Bakıya gətirilib, onlara qarşı istintaq hərəkətlərinə başlanılıb. İnsanlıq əleyhinə ağır cinayətlər törətmiş bu müharibə canilərinə qarşı sərt və ədalətli cəzanın tətbiq olunacağı labüddür. Müharibəni udan Ali Baş Komandanın sülhü qazanacağı da sırf zaman məsələsidir. Bu, aksiomdur. İsbata ehtiyacı yoxdur”.
Politoloq Amid Əliyev isə deyib ki, İkinci Qarabağ müharibəsindən əvvəl və sonra Azərbaycanın əsas məqsədi, xarici siyasətində prioritet istiqaməti Qarabağın işğaldan tam azad olunması idi: “Azərbaycan dövləti buna 2020-ci ildə nail oldu. 2023-cü ilin sentyabrında isə lokal anti-terror əməliyyatlarının həyata keçirilməsi nəticəsində Azərbaycan bütün əraziləri üzərində suverenliyini, konstitusion quruluşunu, dövlətimizin unitarlığını tam şəkildə təmin etdi, 30 il ərzində Cənubi Qafqazda, xüsusilə Azərbaycanda kök salmış separatçılıq məhv edildi. Ermənilərin erməni icması, cəmiyyəti, Ermənistan dövlətinin “böyük Ermənistan” yaratmaq xülyası, mifi darmadağın edildi. Azərbaycan dövləti bir daha dünyaya, eləcə də ermənilərə dəstək olmaq istəyən dövlətlərə sübut etdi ki, həqiqətən də, Qarabağ Azərbaycanın ayrılmaz, tarixi, hüquqi parçasıdır və heç bir dövlət, heç bir qüvvə bu işdə Azərbaycana maneə ola bilməz. Artıq Azərbaycanda dövlətimizin təhlükəsizliyi, milli maraqları təmin olunub”.
Politoloq vurğulayıb ki, hazırda qarşıda duran əsas məqsədlər bəllidir: “Ermənistanla qısa müddət ərzində sülh sazişinin imzalanması, anklav şəklində erməni işğalı altında olan 8 kəndimizin geri qaytarılması, delimitasiya və demarkasiya məsələlərinin həlli, Zəngəzur dəhlizinin açılması. Son dövrlər Ermənistanın Qərbə yönəlməsi, bir sıra Qərb dövlətlərinin Ermənistana müxtəlif məzmunlu direktivlər verməsi prosesləri bir az dalana dirəyib. Ermənistan öz fikirlərində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirsə də, real olaraq bu fikirlərin sənəd üzərində təsdiqlənməsini hələ də yubadır. Bu, Qərb tərəfindən Ermənistana böyük təzyiqlər olmasından irəli gəlir. Birinci növbədə, Rusiyanı bölgədən sıxışdırıb çıxarmaq istəyirlər. Ermənistan isə buna tam hazır vəziyyətdə deyil. Nəticədə, Zəngəzur dəhlizisinin açılması yubanır. Azərbaycan Zəngəzur dəhlizinin açılmasına alternativ olaraq İran ərazisini göstərir. Bu isə həm Avropa dövlətlərinə, həm də Qərbə sətiraltı mesajdır ki, Zəngəzur dəhlizi açılmasa belə Azəbaycanın Qərb rayonları ilə Naxçıvan arasındakı kommunikasiya yolları İran üzərindən keçməklə açılacaq. Bu da İrana əlavə iqtisadi dividentlər verir, 40 il ərzində Qərbin sanksiyaları altında əzilən İran üçün nəfəslik, çıxış rolunu oynayacaq. Əslində, Qərb dövlətlərinə siqnal olmalıdır ki, Zəngəzur dəhlizi açılmayacağı təqdirdə Azərbaycan İran ərazisindən istifadə etməklə Türkiyədən Aralıq dənizindən başlayaraq bütün ticarət karvanları, yolları bu istiqamətdə gedəcək. Azərbaycan vətəndaşları da bundan sərbəst şəkildə istifadə edəcəklər. Bölgədə regional güclər var. Bilirsiniz ki, Rusiya Federasiyası, Türkiyə, eləcə də son aylar Ermənistan üzərindən öz siyasi dividentlərini əldə etmək üçün bölgəyə nüfuz etməyə çalışan Fransa da proseslərin ləngiməsinə böyük təsir göstərir. Hazırda Ermənistan ərazisində Avropa İttifaqının mülki missiyası fəaliyyət göstərir. Adı “mülki” olsa da, tərkibi hərbiçilər və kəşfiyyatçılardan, jandarmadan ibarət “mülki” missiyadır. Hazırda Fransa, Kanada, Almaniya kimi dövlətlər ciddi cəhdlə Qarabağdan çıxmış ermənilərin bölgəyə qayıtmalarını planlaşdırırlar və istəyirlər ki, onlar üzərindən beynəlxalq missiyanı Azərbaycan ərazisinə daxil etsinlər, öz mövcudluqlarını qoruyub-saxlasınlar. Bu həm Azərbaycana, həm də bölgədə Rusiyanın siyasi nüfuzuna xələl gətirə biləcək siyasət kimi qiymətləndirilməlidir. Dəfələrlə qeyd etmişik ki, artıq Qarabağ məsələsi bitib, separatçılığa son qoyulub. Ərazi Azərbaycan Respublikasının ərazisidir. Ora hansısa beynəlxalq müşahidəçilərin gəlməsinə ehtiyac yoxdur. Ərazini tərk edən ermənilər öz istəkləri ilə gediblər. Onların məcburi geri qaytarılması prosesi Fransa üçün asan başa gəlməyəcək. Heç bir erməni məcburi şəkildə geri qayıdıb Qarabağda Azərbaycan icması ilə birgə yaşamaq istəmir. Belə bir fakt olsaydı, onda ermənilər heç ərazini tərk etməz, qalıb Qarabağda yaşayardılar. Hazırda xarici siyasətimizin qarşısındakı ən əsas məsələ bu təhlükələri aradan qaldırmaqdır. Sadaladığımız dövlətlər beynəlxalq ictimaiyyətin fikrini yayındırırlar. Avropanın bir sıra siyasi-iqtisadi institutları tərəfindən Azərbaycana qarşı qətnamələrin, sanksiyaların qəbul edilməsi, erməni icmasının yenidən Qarabağa qayıtması yönündə israrlı addımlar atırlar. Bu təhlükələri aradan qaldırmaq lazımdır”.
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.