Vaqif Xaçaturyanın vəkili çıxış edib, təqsirləndirilən şəxsə son söz verilib
7-11-2023, 14:37
1 475

Vaqif Xaçaturyanın vəkili çıxış edib, təqsirləndirilən şəxsə son söz verilib

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçaturyan Vaqif Çerkezinin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.
AZƏRTAC xəbər verir ki, Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda Vaqif Xaçaturyanın hüquqlarını müdafiə edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Radmila Abılova çıxış edib.
O bildirib ki, Vaqif Xaçaturyan erməni millətindən olan Azərbaycan vətəndaşıdır. R. Abılova Vaqif Xaçaturyan üçün bəraət hökmünün çıxarılmasını istəyib. Çünki təqsirləndirilən şəxs Mesəli soyqırımı zamanı orada olmadığını bildirib.
Təqsirləndirilən şəxsə son söz verilib. V. Xaçaturyan səhhəti ilə bağlı problemlərinin olduğunu bəhanə edərək, cinayətləri üzərindən atamağa çalışıb.

Oxşar xəbərlər