"15 milyon borcumu ödədim, indi artıq özüm üçün işləyəcəyəm" - Sərdar Ortac
7-11-2023, 16:54
7 546

"15 milyon borcumu ödədim, indi artıq özüm üçün işləyəcəyəm" - Sərdar Ortac

Türkiyənin məşhur pop müğənnisi Serdar Ortaç son günlər sosial media hesabından canlı yayımlarında maraqlı açıqlamalar edir.

Türk mediası xəbər verir ki, Serdar Ortaç bu səfər öz var-dövlətindən danışıb.

"15 milyon TL borcumu ödədim şükür, artıq sıfırdayam. İndi özüm üçün çalışmağın vaxtıdır. İnşallah bu dəfə pulu saxlaya biləcəyəm" sözləri ilə gündəmə gələn Serdar Ortaç öz sərvətini kimə bağışlayacağını açıqlayıb.

O bütün sərvətin öz işçiləri arasında bölüşdürəcəyini bildib.

"Ailə və uşaq yoxdur. Ona görə də sərvətimi işçilərə verəcəyəm. sadəcə evim var, onu da işçilərim öz aralarında paylaşacaqlar" - deyə o bildirib.

Oxşar xəbərlər