Ermənistan 20 azərbaycanlıya cinayət işi açdı - İrəvan həddini aşdı
8-11-2023, 12:58
1 778

Ermənistan 20 azərbaycanlıya cinayət işi açdı - İrəvan həddini aşdı

“Ermənistanın bugünkü hərbi-siyasi rəhbərliyinin 20 nəfər azərbaycanlı üçün cinayət işi açması, sadəcə, biabırçı məğlubiyyətin erməni xalqında yaratdığı hiddəti zəiflətmək mahiyyəti kəsb edir”. 
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib. 
Müsahibimiz Ermənistan İstintaq Komitəsi tərəfindən 44 günlük müharibənin öyrənilməsi ilə bağlı başlanan prosesdə işində 20 nəfər azərbaycanlı haqqında cinayət işinin açılması məsələsinə münasibət bildirib.
Müsahibimizin fikrincə, indiki perspektivdə fakt faktlığında qalır və Azərbaycanın yenilməz ordusu müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ermənistan ordusunu darmadağın edərək onun siyasi rəhbərliyini kapitulyasiya aktı imzalamağa məcbur edib.
O, əlavə edib ki, eyni zaman 19-20 sentyabr tarixində keçirilən lokal antiterror tədbirləri nəticəsində Qarabağa suverenliyimizi tam və qəti şəkildə təmin etmişik:
“Bu dediyim reallıqları nə Ermənistanın hərbi-siyasi rəhbərliyi, nə ictimaiyyəti, nə erməni xalqı, nə də dünyadakı erməni lobbisi və diasporu yuxusunda belə görmək istəməzdi. Onların bütün hesablamaları alt-üst oldu. Düzdür, onlar bizim 5 rayonumuzu tamamilə darmadağın edib daşı daş üstündə qoymamışdılar. Ancaq onlar bu cür sürətlə Xankəndi, Xocavənd, Əsgəran, Ağdərə və Xocalıda üçrəngli Azərbaycan bayrağının dalğalanacağını, habelə erməni hərbi birləşmələrinin tərksilah ediləcəyini də gözləmirdilər. Həmçinin müharibə canilərinin əliqandallı şəkildə Azərbaycanın istintaq orqanlarında izahat verəcəklərini və həbsdə yatacaqlarını qətiyyən ağıllarına belə gətirməzdilər”.
Millət vəkili əmindir ki, onlar “arxadan atılan daş topuğa dəyər” məntiqi ilə üz-üzə qalacaqlar:
“Ermənilər Azərbaycanı beynəlxalq məhkəmələrlə hədələyir, eyni zamanda ayrı-ayrı şəxslərimizə qarşı cinayət işi açırlar. Bunlar absurddur, nonsensdir və bunların heç bir perspektivi yoxdur. Əksinə, bu gün Azərbaycan de-fakto və de-yure erməni hərbi caniləri dindirir və onlar ağır cəzaya məhkum ediləcəklər. O cümlədən Azərbaycana vurulmuş bütün maddi və mənəvi ziyana görə Ermənistan beynəlxalq məhkəmələrə cəlb olunub kompensasiya ödəməli olacaq”.
“Bu gün Ermənistan Qarabağdan könüllü köç etmiş ermənilərin geri qayıtması və onların əmlakı ilə bağlı iddialarla çıxış edir. Lakin 250 min azərbaycanlı Ermənistandan deportasiya edilib və etnik təmizləməyə məruz qalıb. Bəs onlara dəymiş maddi ziyan necə olacaq? Ona görə də Ermənistan hərbi rəhbərliyi indiki məqamda sussa, daha yaxşıdır, nəinki bu cür siyasi hoqqabazlıqla məşğul olsa... İstənilən halda Azərbaycan diktə edən tərəfdir, biz qalibik və şərtləri də biz müəyyən edirik”, - fikirlərin tamamlayıb. 

Oxşar xəbərlər