Cəmiyyət
8-11-2023, 13:07
1 731
Düşmənə də, xərçəngə də qalib gələn Vətən Müharibəsi Qəhrəmanı - Videoreportaj
O, Vətən Müharibəsi Qəhrəmanı adını daşıyan ən gənc zabitdir. 24 yaşında 44 günlük Vətən müharibəsində göstərdiyi şücaətə görə bu ada layiq görülüb. Söhbət Xüsusi Təyinatlı Kəşfiyyat Bölüyünün komandiri kimi Kəlbəcər, Ağdam və Suqovuşan uğrunda döyüşmüş baş leytenant Qəzənfər Ağayevdən gedir.
“Qafqazinfo” olaraq Zəfər Günü ərəfəsində qazimizlə həmsöhbət olduq, 3 il əvvəlki Zəfər tarixini vərəqləyib - ilk döyüş tapşırığı, ən çətin əməliyyatları, qələbə xəbərini alanda keçirdiyi hisslərdən danışdıq.
Videoreportajı yutubdan izləmək üçün link
Qəhrəmanımız bizə filmlərdən tanış olan müharibə səhnələrini 44 gün ərzində şəxsi heyəti ilə birlikdə bütün gerçəkliyi ilə yaşayıb. O, təkcə döyüşdə qalib olmayıb, həm də müharibədən sonra tutulduğu xərçəng xəstəliyinə də hərbçi qətiyyəti ilə qalib gəlib. Artıq iki ildir ki, səhhəti ilə əlaqədar ordu sıralarından tərxis olunan keçmiş döyüşçü Müdafiə Sənayesi Nazirliyində çalışır.
Vətən Müharibəsi Qəhrəmanı, Kəlbəcər, Ağdam və Suqovuşanın işğaldan azad olunmasına görə verilən medallarını şərəflə daşıyır. Özünün də dediyi kimi, sinəsində parlayan həm də şəxsi heyətin əməyidir: “Xüsusi təyinatlı kəşfiyyat bölüyünün ilk tapşırığı Murov zirvəsi ilə bağlı olub. O tapşırığı çox gözəl xatırlayıram, düşmən postlarından sızaraq arxada yerləşən Murov zirvəsini düşməndən təmizləməli idik. Çox professionalcasına hərəkət edərək heç bir itki vermədən dəniz səviyyəsindən 3340 metr hündürlükdəki mövqeyi işğalçılardan azad etdik.
.jpg)
Murova bayrağımızı sancmışdıq, amma düşmən sağımızdan-solumuzdan, önümüzdən minatanlardan bizi atəşə tuturdu. Deyirlər e, insan heç nədən qorxmur, əslində hər insanın müəyyən qorxuları var. Döyüşçülər isə, sadəcə, o qorxuları idarə edirlər. Fikirləşdik ki, belə vəziyyətdə bəlkə, bayrağımızı ağaşı salaq. Vətən Müharibəsi Qəhrəmanı Fərid Əliyev bayrağı aşağı endirməyə qoymadı. Dedi ki, bu bayraq dalğalansın deyə, nə qədər canlar şəhid oldu. Qoy bundan sonra daha yüksəklərdə dalğalansın. O epizodun insanı kövrəltməməsi mümkün deyil...”
Q. Ağayev döyüşdən bir neçə gün əvvəl ata olubmuş. Övladının üzünü doyunca görmədən komandanlığın əmrinə əsasən, cəbhəyə yollanıb: “Müharibədən əvvəl rayonda məzuniyyətdə idim, sentyabrın 23-ü qızım doğuldu. Komandanlıqdan zəng edib qayıtmalı olduğumu dedilər, ayın 25-i Bakıya qayıtdım. Əks-hücum gözlənilirdi, çünki bundan əvvəl Tovuz döyüşləri baş vermişdi, bizim səngər generalımız Polad Həşimov və onunla birgə hərbçilərimiz şəhid olmuşdular. Biz artıq yerimizdə dayana bilmirdik, hər an növbəti komandaya hazır olmaq üçün tətikdə idik.
Mən heç qızımın üz quruluşunun necə formalaşmasını görmədən döyüşə yollandım. Mənim kimi neçə qəhrəman qardaşlarım da eyni situasiyanı yaşayıblar. Öz övladlarının üzünü görmədən, qoxusunu duymadan döyüş meydanında düşmənə qan udduraraq şəhidliyin zirvəsinə qalxıblar. Düşmənlə birbaşa təmasa girdiyimiz anlarda ailə, övlad, valideyn – heç bir şey fikirləşə bilmirdik. Yalnız qarşımıza qoyduğumuz tapşırığı icra etməyi, düşməni məhv etməyi düşünürdük”.
.jpg)
Müsahibimiz deyir ki, müharibə dövründə cəbhəyə göndərilən məktublar hərbçilərimizin döyüş ruhunun saxlanmasında əhəmiyyətli rol oynayıb. Hətta məktəbli dostlardan birinin çəkdiyi rəsmi şəxsi heyətin toplandığı otaqdan asıblar: “Xalqımız tərəfindən yardımlar - isti paltardan tutmuş yeməyə qədər əsgərin, zabitin tələbatını ödəyəcək hər bir şey bizə göndərilirdi. Onların hamısı bizə çatırdı, kimin nə ehtiyacı var idisə, götürürdü. O yardımların içərisində məktəbli uşaqların çəkdikləri rəsmlər var idi; hər hansı ananın, bacının bizə göndərdiyi məktubları oxuyurduq. Bir məktəblinin çəkib göndərdiyi üçrəngli bayraq və onun fonunda Azərbaycan əsgərinin rəsmi var idi. Onu şəxsi heyətin yerləşdiyi yerdən qürurla asmışdıq və onlara stimul verirdi ki, bu Azərbaycan balası sənin qələbəni gözləyir”.
Vətən Müharibəsi Qəhrəmanı döyüşlərdən sonra tutulduğu xərçəng xəstəliyini də mübarizəsi ilə geridə qoyub: “Müharibədən sonra şəxsi heyətin istirahətini təmin etdim, axırda özüm də məzuniyyət götürdüm. Müəyyən hospitallarda yoxlanışdan keçdim, əməliyyat olunduqdan sonra məndə xərçəng aşkarlandı. Dörd kurs kimyaterapiya aldım. Bəlkə də, xatırlayırsınız, saçım da tökülmüşdü. Lakin saçımız tökülsə də, içimizdəki o ümid heç vaxt ölməmişdi. Biz son nəfəsində "Vətən sağ olsun!" deyənlərin səsini eşidənlərik. Ona görə bizləri elə şeylər qorxuda bilməz. Çox şükür, artıq o xəstəlikdən əsər-əlamət yoxdur".
Qazimiz uğrunda döyüşdüyü torpaqlara sonradan səfər edib. Bu dəfə hərbçi kimi yox. Deyir ki, o torpaqların hər qarışı keçmişi xatırladır, insanda qürur hissi yaradır: “Mən Şuşa döyüşlərində iştirak etməmişdim, amma orada döyüşüb şəhid və qazi olan qardaşlarım var. Bir neçə il əvvəl Şuşada Velosiped Federasiyasının keçirdiyi beynəlxalq tədbirdə Federasiyanın qazilərlə iş bölməsinin rəhbəri olaraq iştirak etdim. Biz Şuşaya avtomobillə qalxdıq. Mən maşında qardaşlarımın bu qayaları necə fəth etdiklərini fikirləşirdim. Oradakı ab-hava, təbiət, əzəmət ilk görəndən məni kövrəltmişdi. Silahdaşlarımızın qayalıqlarla qalxdıqları hissələrə qərənfillər qoyulmuşdu. Azərbaycan xalqı heç nəyi unutmur, əsgərinin ayaq basdığı yerə qərənfillər düzülmüşdü. Həmçinin Suqovuşanda düzənlənən bir tədbirdə iştirak etmişdim. Ora mənim döyüşdüyüm ərazidir. Orada hər qayada, dağda, hər metrdə döyüş yoldaşlarımızla birgə çətin anlarımız, susuz, güllə və mərmilər altında irəliləməyimiz yuxu kimi yaddaşımdan gəlib keçdi”.
Vətən Müharibəsi Qəhrəmanı qələbə xəbərini ən gözləmədiyi formada və məqamda alıb. Şəxsi heyətlə komandanlıq tərəfindən gələn tapşırığı icra etməli, düşmənin təminatını bağlayıb döyüşsüz qələbə qazanmalı idilər. Vəziyyət o həddə çatmışdı ki, düşmən artıq 3-5 milyonluq texnikanı vurmaq üçün olan silahları tək əsgəri vurmaq üçün istifadə edirdi. Yəni, son şansları bu idi: “Bizim o zaman xəbərimiz yox idi ki, müharibə sonlanır. Həmin vaxt komanda gəlməli, hücum etməli idik. Lakin komandanlıqdan mənə “geriyə çıx!” əmri gəldi. Bu, məni çox əsəbiləşdirdi. Çünki döyüş sırasında bizə belə əmr gəlməmişdi, ancaq “irəli!” deyilirdi. Axı bölməmiz tapşırığı icra etməyə hazırdır, niyə geriyə çıxmalı idik?! Bunu müzakirə edəsi deyildik, çünki komanda komandadır. Şəxsi heyəti geri çağırdım. Komandanlıq bizi gözləyirdi, komandirdən həmin əmrin niyə verildiyini soruşanda dedi ki, “Təbrik edirəm, Qəzənfər, qələbə bizimdir. Allah şəhidlərimizə rəhmət eləsin!”
.jpg)
Bilmədim gülüm, ya ağlayım. Hələ bu ab-havadan çıxa bilmirəm. Dislokasiya məntəqəsinə qayıdarkən Ali Baş Komandanın xalqa müraciətini eşidirəm. O, xalqı təbrik edir. Sanki yuxudur. Bir neçə saat əvvəl döyüş tapşırığının icrası üçün girmişdim, Ali Baş Komandandan o xəbəri canlı olaraq eşitdim. Biz qayıdanda gecə saat 3-4 olardı. Elə bilirdim xalq yatıb, amma döyüş meydanından şəhərə daxil olanda mülki əhalinin bizi qarşılaması, əl çalmaları, “Qarabağ Azərbaycandır!” demələri... Hər şey çox gözəl idi. Buna dəyərdi. Xalqın üzündə o təbəssümü əks etdirmək üçün bu canı verməyə dəyərdi...”
Digər Vətən Müharibəsi Qəhrəmanları kimi Qəzənfər Ağayevə də Prezident İlham Əliyevin Sərəncamı ilə Xırdalan şəhərində ev verilib. Hər gün işdən qayıdanda yeni mənzilində onu eynən bu təbəssüm və sevgi ilə Zəfər tariximizlə yaşıd olan 3 yaşlı qızı Əsna qarşılayır.
Gülnar Əliyeva
Foto-Video: Pərvin Zeynal, Xəyal Vəlizadə