Həkim məktəbli qıza təcavüz etdi – TƏFƏRRÜAT
8-11-2023, 13:29
8 043

Həkim məktəbli qıza təcavüz etdi – TƏFƏRRÜAT

Manual terapevt masaj seansı zamanı yeniyetmə qıza təcavüz edilib.
Xarici mətbuat xəbər verir ki, hadisə Başqırdıstanda baş verib.
Seans zamanı kişi həkim müştəridən soyunub arxası üstə uzanmasını istəyib. Daha sonra terapevt qıza sataşmağa başlayıb. O, 13 yaşlı qıza seksual xarakterli hərəkətlər edib.
Qızın valideynləri kişini polisə şikayət edib. Masajçı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 
Hazırda faktla bağlı araşdırma aparılır. 

Oxşar xəbərlər