Teatr işçiləri evləndi - 100 yaşlı bəy, 75 yaşlı gəlin
9-11-2023, 17:25
7 958

Teatr işçiləri evləndi - 100 yaşlı bəy, 75 yaşlı gəlin

Nijni Novqorodda toy rekordu olub.
Rusiya mediası bildirir ki, Nijni Novqorod Dövlət Akademik Opera və Balet Teatrının quruluşçu rejissoru olan bəyin 100 yaşı var. Rejissor 60 ildən çox həyatını sənətinə həsr edib. Onun yeni arvadının isə 75 yaşı var, həm də teatrda işləyir.
Mediaya verdiyi müsahibədə həmin şəxs nişanlısı ilə uzun müddətdir ünsiyyətdə olduğunu bildirib. Əvvəllər quruluşçu rejissor bir neçə övladı olan bir sənətçi ilə evli olub.
Teatr xadiminin sözlərinə görə, o, yeni həyat yoldaşı ilə bu yaxınlarda ailə qurmasına baxmayaraq, artıq yeni tamaşalar haqqında düşünür.

Oxşar xəbərlər