Ağsuda iki avtomobil toqquşub, xəsarət alanlar var
9-11-2023, 18:45
7 752

Ağsuda iki avtomobil toqquşub, xəsarət alanlar var

Ağsu rayonunun Qaraqoyunlu kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
İlkin məlumata əsasən, “VAZ 2107” markalı avtomobil “Mercedes” markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində 10 nəfərin xəsarət aldığı bildirilir. Qəz ilə bağlı əlavə məlumat veriləcək.
Baş vermiş hadisə ilə bağlı DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər