TƏBİB Biləsuvarda azyaşlının ölümü ilə bağlı açıqlama verib
10-11-2023, 17:57
8 874

TƏBİB Biləsuvarda azyaşlının ölümü ilə bağlı açıqlama verib

TƏBİB Biləsuvar rayonunda azyaşlı ölümü ilə bağlı açıqlama verib.

10 noyabr 2023-cü il tarixində saat 13:30 radələrində Biləsuvar rayonunun Təzəkənd kənd sakini, 2015-ci il təvəllüdlü vətəndaşı üçün təcili yardım çağırışı olub.

"Vətəndaşın xəstəxanaya qədər ölüm halı qeydə alınıb", - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, bu gün 2015-ci il təvəllüdlü Məmmədli Tellixanım Anar qızı qəfil vəfat edib. Onun ölümünə ev şəraitində hazırlan kələm turşusunun səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər