Astarada 77 yaşlı tibb bacısı evində qətlə yetirilib - YENİLƏNİB
10-11-2023, 18:04
8 812

Astarada 77 yaşlı tibb bacısı evində qətlə yetirilib - YENİLƏNİB

Noyabrın 10-da saat 16 radələrində Astara rayonunun Kakalos kənd sakini, 1946-cı il təvəllüdlü Məmmədova Zeynəb Əziz qızının qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.

Bu barədə "Report"a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

17:23
Astara rayonunun Kakalos kəndində qətl hadisəsi baş verib.

“Report” xəbər verir ki, təqaüddə olan tibb bacısı Zeynəb Məmmədova evində qətlə yetirilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər