Vətəndaşlar avtomat, qumbara və tüfəngləri polisə təhvil verdi
13-11-2023, 09:52
1 149

Vətəndaşlar avtomat, qumbara və tüfəngləri polisə təhvil verdi

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyindən bildirilib ki, noyabrın 11-də və 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd avtomat, 12 ədəd qumbara, 6 patron darağı, 490 ədəd müxtəlif çaplı patron və 20 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.
Keçirilən əməliyyat tədbirləri ilə 4 ov tüfəngi aşkar edilərək götürülüb.

Oxşar xəbərlər