Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanıldı
13-11-2023, 09:57
1 168

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanıldı

11-12 noyabr tarixlərində ölkə ərazisində qeydə alınan 73, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 64, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 34 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.

Oxşar xəbərlər