Bakıda mənzildən meyit tapıldı
13-11-2023, 10:12
1 286

Bakıda mənzildən meyit tapıldı

Paytaxtda evdən meyit tapılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Bakı Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər