FHN: Qeyri-iş günlərində 152 yanğına çıxış olub, 21 köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib VİDEO
13-11-2023, 10:53
1 300

FHN: Qeyri-iş günlərində 152 yanğına çıxış olub, 21 köməksiz vəziyyətdə qalmış şəxs xilas edilib VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.

Qurumun mətbuat xidmətindən bildirilib ki, FHN-in 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən bayramlarla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 152 halda yanğına çıxış, 21 köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Oxşar xəbərlər