Bakıda “Toyota” qaçırıldı
13-11-2023, 10:58
1 262

Bakıda “Toyota” qaçırıldı

Bakıda avtomobil oğrusu saxlanılıb.

DİN-dən verilən məlumata görə, noyabrın 11-də saat 20 radələrində Nizami rayonu ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini S.Quluzadə müəyyən olunaraq saxlanılıb.

Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxşar xəbərlər