Cəmiyyət
13-11-2023, 11:11
1 313
Şabranda yanğın: 15 baş iribuynuzlu heyvan tələf oldu
Şabran rayonunun Rəhimli kəndində Ağamalıyev Fərrux Fərhad oğluna məxsus tövlədə yanğın baş verib.
Hadisə zamanı 15 baş iribuynuzlu heyvan, 100-ə yaxın toyuq və tövlənin damına yığılmış 1500 ədəd ot bağlaması yanıb.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.