Abşeronda maşın qaçırılıb, iki qardaş saxlanılıb
14-11-2023, 10:25
1 368

Abşeronda maşın qaçırılıb, iki qardaş saxlanılıb

Abşeronda nəqliyyat vasitəsi qaçırılıb.

DİN-dən verilən məlumata görə, noyabrın 13-də saat 15 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisindən “VAZ-21011” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Aydın Hüseynov və qardaşı Xanlar Nərimanov rayonu ərazisində avtomobillə saxlanılıblar.
Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxşar xəbərlər