Təyyarə itlərə görə hava limanına enə bilmədi
14-11-2023, 18:50
6 602

Təyyarə itlərə görə hava limanına enə bilmədi

Banqalordan Qoaya uçan Hindistanın “Vistara” aviaşirkətinin təyyarəsi eniş zolağındakı sahibsiz itlərə görə Dabolim beynəlxalq hava limanına enə bilməyib.

Xarici mətbuatın xəbərinə görə, nəzarətçi uçuş zolağında olan heyvanı görüb və bu barədə ekipaj komandirinə məlumat verib. Pilotdan "bir müddət gözləmək" istənib, lakin o hava limanına qayıtmaq qərarına gəlib.

Hava limanının xidmətləri sahibsiz itlərin uçuş-enmə zolağına niyə çıxdığını araşdırır. Qoadakı Dabolim hava limanı Hindistan Hərbi Dəniz Qüvvələrinin Hansa Hava Stansiyasının bir hissəsidir.

Oxşar xəbərlər