Mikayıl Cabbarov: 2024-cü ilin icmal büdcəsinin 80%-i dayanıqlı inkişaf məqsədlərinə sərf ediləcək
15-11-2023, 11:01
1 058

Mikayıl Cabbarov: 2024-cü ilin icmal büdcəsinin 80%-i dayanıqlı inkişaf məqsədlərinə sərf ediləcək

2024-cü ilin icmal büdcəsinin 80%-i Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) sərf ediləcək.

Bunu Dayanıqlı İnkişafa dair 2-ci Bakı Forumunda çıxışı zamanı iqtisadiyyat naziri, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası sədrinin müavini Mikayıl Cabbarov deyib.

O bildirib ki, DİM məqsədlərinə nail olmaq üçün qeyri-neft-qaz sektorunda 350 min yeni iş yeri yaradılıb: “Bu da ildə orta hesabla 70 min iş yeri deməkdir. Qarşımızda duran növbəti hədəf iş yerlərinin sayına deyil, həm də kefiyyətini artıran sahələrin inkişafına yönəlməkdir”.

Oxşar xəbərlər