Türkiyədə avtobus aşdı - 11 YARALI VAR - FOTO
15-11-2023, 12:04
1 342

Türkiyədə avtobus aşdı - 11 YARALI VAR - FOTO

Türkiyədə sərnişin avtobusu qəzaya düşüb.
Türkiyə KİV xəbər verir ki, hadisə Bartın şəhərinin Çamaltı kəndi ərazisində baş verib.

56 yaşlı sürücü Satı Çelikoğlu avtobusu sürərkən anidən idarə etməni itirib. Nəticədə nəqliyyat vasitəsi aşıb. Daha sonra ağaclardan birinə dəyərək dayanıb.
Hadisə yerinə polis əməkdaşları və təcili yardım çağırılıb. Avtobusdan 11 yaralı xilas edilib. Onlar Bartın Dövlət xəstəxanasına çatdırılblar. Onlardan üçünün vəziyyəti ağırdır.
Hadisə ilə bağlı cinayət işi açılıb. Araşdırma aparılır. 

Oxşar xəbərlər