Cəmiyyət
16-11-2023, 12:27
1 160
Zenfira həyat yoldaşını “Instagram”da buna görə İZLƏMİR – VİDEO
Müğənni Zenfira İbrahimova fitnes məşqçi, həyat yoldaşı Anar Heybətovla bağlı verdiyi açıqlaması ilə gündəmə gəlib.
Sənətçi qonaq olduğu “Xəbərin var?” maqazin verilişində əri Anarı “Instagram” sosial şəbəkə hesabında izləmədiyini bildirib.
Zenfira bu addımının izahını belə verib:
“Biz bir-birimizi “Instagram”da izləmirik. Çünki sahələrimiz ayrıdır. Mən şou-biznes, Anar isə idman... Anarı izləyənlər isə idman, avtomobil və şəxsi biznesi ilə əlaqədar insanlardır. Mənim onu izləməm xoşagəlməz olar. Mən isə şou-biznes nümayəndələrini izləyirəm. Məsələn Anar və mən oğlumuz İbrahimi izləsək də, amma o bizi izləmir.
Bu qanunu da əvvəldən qoymuşuq. Bunu nəyəsə xatir də etmirik. Ərimin səhifəsində idman edən oğlanları görmək məcburiyyətində deyiləm. O nöqtəyi-nəzərdən istəmirəm ki, nə o məni, nə də ki mən onu izləyim. Burada qısqanclıqdan da söhbət gedə bilməz. Harada sevgi varsa, orada da qısqanclıq var. Xahiş edirəm, ailə məsələlərindən danışmayaq”.