“ Gürcüstan unutmasın ki, Ermənistanın onlara da ərazi iddiaları var“- Elman Nəsirov
16-11-2023, 13:33
1 163

“ Gürcüstan unutmasın ki, Ermənistanın onlara da ərazi iddiaları var“- Elman Nəsirov

"Gürcüstan dövləti unutmasın ki, Ermənistanın Gürcüstana da çox ciddi ərazi iddiaları var və bu gün son dərəcə zəifləmiş Ermənistan ərazi iddialarnı dilə gətirməyə bilər".
Bu sözləri Milli Məclisin deputatı Elman Nəsirov deyib. 
"Məlum olduğu kimi Fransa birmənalı şəkildə Ermənistanı silahlandırmaq xəttini seçib və bu ilin 23 oktyabr tarixində Ermənistanın müdafiə naziri ilə Fransanın müdafiə naziri arasında Parisdə müvafiq sənəd imzalanıb və Fransa Ermənistanı silahlandırmaq onu melitalist dövlətə çevirmək xəttini seçib. Məqsəd  aydındır ki, Fransa üçün regionda sülh lazım deyil, təhlükəsizlik mühiti lazım deyil. Fransa Ermənistanı silahladırmaqla əslində regionda yeni böhranın formalaşmasına çalışır. Əslində bütün bu davranışlar perspektivdə yeni müharibənin başlanmasını sadəcə 3-cü Qarabağ müharibəsinin başlanmasını şərtləndirə biləcək bir davranışdır. Artıq imzalanmış Hərbi Texniki Əməkdaşlıq sahəsində müqavilə təcili şəkildə icra olunmağa başlayıb. Silah-sursatlı ilk partiyası Gürcüstanın Poti dəniz limanından keçməklə Ermənistana çatdırılıb və heç şüphəsiz ki, Gürcüstan ərazisindən keçməklə Fransadan göndərilən silah- sursatın Ermənistana verilməsi, ötürülməsi bizi,  Azərbaycan ictimaiyyətini narahat edən addımdır.  Gürcüstan dövləti bizim strateji tərəfdaşımızdır. Biz Gürcüstanla birlikdə strateji əhəmiyyətli lahiyələr icra edirik. Bakı-Tiblisi-Ceyhan, Bakı-Tiblisi-Ərzurum, Neft, qaz kəmərləri , Bakı-Tiblisi-Qars, Dəmiryol xətti, Cənub Qaz Dəhlizi bütün bunlar hamısı Gürcüstan üzərindən reallaşdırılıb və Gürcüstan burdan böyük pullar qazanıb, eyni zamada perspektivdən "Yaşıl enerji"nin ixracı məsələlərində  Azərbaycan və Gürcüstan əməkdaşlığı yeni müstəviyə çıxacaq.  Bu Gürcüstan üçün əlavə maliyyə vəsaiti daxil olması anlamına gəlir. Belə olan təqdirdə Gürcüstanın Ermənistana silah daşınmasında fraist ölkə rolunu ifadə etməsi əlbəttə bizi narahat edir. Düzdü bu məsələ ilə bağlı Gürcüstan hökümətinin verdiyi məlumatda deyilir ki, Gürcüstan dövləti hər iki qonşuya münasibəti eyni davranışı ortaya qoyur və burda ayrı-seçkilik siyasəti yoxdur. Gürcüstanın atdığı bu addımlar üzərinə götürdüyü beynəlxalq öhdəliklərə uyğundur, qadağan olunmuş silahlardan söhbət getmir. və.s ancaq bilirsiniz bunlar həqiqət deyil. Həqiqət bundan ibarətdir ki, siyasi rəhbərlik fərqində olmalıdır ki, Ermənistan silahlandıqca, Ermənistan ordusu gücləndirildikcə revanşizm daha da güclənəcək və Gürcüstan dövləti unutmasın ki, Ermənistanın Gürcüstana da çox ciddi ərazi iddiaları var və bu gün son dərəcə zəifləmiş Ermənistan ərazi iddialarnı dilə gətirməyə bilər. Sabah Amerkanın, ABŞ-ın , Kanada, Avropa dövlətləri hesabına gücləndiriləcək Ermənistan doğurdanmı Gürcüstanın ərazi iddialarını kənara qoyacaq... Yox!.   Aydındır ki, Gürcüstanın da ərazi iddialarında çıxış edəcək. Ona görə də hesab edirəm ki, Gürcüstan dövləti fərqində olmalıdır ki, bu başlanğıcdır perspektivdə  Gürcüstan ərazisindən istifadə etməklə hərbi yüklərin daşınması genişlənə bilər və bu məsələlərdə Gürcüstan dövləti fərqində olmalıdır ki, Azərbaycan dost-qardaş dövlətdir və bütün bu reallıqları Gürcüstan hakimiyyəti nəzərə almalıdır"- deyə vurğulayıb. 

Oxşar xəbərlər