Cəmiyyət
16-11-2023, 13:44
1 280
Kıvançla Beren Nyu-Yorkda qala gecədə - Fotolar
Nyu-Yorkda əfsanəvi Paris Teatrında “İstanbul için son çağrı” (“Last call for Istanbul”) filminin qala gecəsi keçirilib.
Tədbirdə “Netflix” istehsalı olan ekran işinin baş rol ifaçıları Kıvanç Tatlıtuğ, Beren Saat, rejissor Gönenç Uyanık və ssenarist Nuran Evren Şit iştirak ediblər.
Gecəyə Nyu-York sənət və kino camiəsindən də çox sayda şəxs qatılıb.
B.Saatın libası çox bəyənilib. Məlum olub ki, geyimi tanınmış modelyer Hakaan Yıldırım hazırlayıb.
Qeyd edək ki, film bütün dünyada noyabrın 24-də “Netflix”də yayımlanacaq.