Hakim qarşısına çıxan CZN Burak atasını günahlandırdı
16-11-2023, 14:39
1 291

Hakim qarşısına çıxan CZN Burak atasını günahlandırdı

İstanbulda CZN Burak kimi tanınan fenomen meneceri Muhammed Burak Özdəmir və atası İsmail Özdəmirin Mühafizə Bölgəsində icazəsiz tikinti apardıqları iddiası ilə 5 ilə qədər həbs tələbi ilə məhkəməsi davam edib.

Türk mediası xəbər verir ki, məhkəmədə keçirilən iclasda həbsdə olmayan müttəhim CZN Burak və vəkilləri iştirak edib. İclasda CZN Burak bu sözləri işlədib:

"Məsələ ilə atam məşğul idi. Təmirə başladığını və bütün icazələri aldığını dedi. Təmirlə bağlı heç bir tədbir görməmişəm. Mən Atamın Mədəni İrsi Mühafizə İdarəsindən icazə alıb-almadığını bilmirəm, lazımi icazələri aldığını deyib. Mənə qarşı irəli sürülən ittihamları qəbul etmirəm. Bəraətimi tələb edirəm".

İclasda fenomenin vəkili müvəkkilinin daşınmaz əmlakla bağlı heç bir hərəkətinin olmadığını bildirərək, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. İclasdan sonra məhkəmə zalının qarşısında açıqlama verən CZN Burak:

""Restoranımızın tikintisi ilə bağlı ifadəmizi verdik. Restoranda yaşayan şəxs yanındakı binanın tikilməkdə olduğunu, ancaq təmir işləri aparıldığını bildirib. İfadəmizi verdik və gedirik".

Oxşar xəbərlər