Türkiyədə metro vaqonları relsdən çıxdı
16-11-2023, 15:32
7 339

Türkiyədə metro vaqonları relsdən çıxdı

Türkiyənin İzmir şəhərində bir neçə metro vaqonu relsdən çıxıb.

Bu barədə "Hürriyet" nəşri məlumat yayıb.

Bildirilib ki, relsdən çıxan vaqonlardan biri divara çırpılıb. Qəza nəticəsində heç kim xəsarət almayıb. 

Hazırda ekspertlər vaqonların relsdən çıxmasının səbəblərini araşdırır. 

Oxşar xəbərlər