Qənirə Paşayevanın bacısı: "Türkiyəyə qayıdacaqdı, hansı gün ki, o dəfn edildi" - VİDEO
16-11-2023, 17:55
7 188

Qənirə Paşayevanın bacısı: "Türkiyəyə qayıdacaqdı, hansı gün ki, o dəfn edildi" - VİDEO

Mərhum millət vəkili Qənirə Paşayevanın bacısı, "Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu" İctimai Birliyinin rəhbəri Kəmalə Paşayeva bir müddət əvvəl dünyasını dəyişən bacısından danışıb.
Real TV-də yayımlanan "Göstərir radio" verilişinə qonaq olan Paşayeva bildirib ki, deputat dəfn olunduğu gün, yəni sentyabrın 29-da Türkiyəyə qayıtmağı planlaşdırırmış:
"O sentyabrın 29-da yenidən Türkiyəyə qayıdacaqdı. Hansı gün ki, o dəfn edildi. Allah insana öz həyatı ilə bağlı birşeyləri hiss etdirir ki, Qənirə xanım da bunları hiss edirdi. O şeirlərində bizə həyatı göstərib. Qənirə xanım heç vaxt özünün sabahının düşünmədi.
Xəstəxanada yanına girdim, onun reaksiyası var idi, ona Xocalının işğaldan azad olunduğunu dedim, əminəm ki ruhu çox şaddır".
Xatırladaq ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, deputat Qənirə Paşayeva sentyabrın 28-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib. O sentyabrın 29-da İkinci Fəxri xiyabanda torpağa tapşırılıb.
Ətraflı videoda:


Oxşar xəbərlər