Xüsusi təyinatlılar Türkiyədə beynəlxalq təlimdə iştirak edəcək
16-11-2023, 18:00
7 214

Xüsusi təyinatlılar Türkiyədə beynəlxalq təlimdə iştirak edəcək

Hərbi qulluqçularımız “Doğu Akdeniz-2023” beynəlxalq təlimində iştirak edəcək.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan və Türkiyə Respublikasının Müdafiə nazirlikləri arasında hərbi əməkdaşlıq planına əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) Dəniz Xüsusi Təyinatlılar dəstəsinin bir qrup şəxsi heyəti Marmaris şəhərində keçirilməsi planlaşdırılan “Doğu Akdeniz-2023” beynəlxalq təlimində iştirak etmək üçün qardaş ölkəyə səfər edib.

Oxşar xəbərlər