Cəmiyyət
17-11-2023, 10:45
1 215
Prospektdə yolu keçən qadını maşın vurub öldürdü
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Binəqədi rayonunun Azadlıq prospektində qeydə alınıb.
1963-cü il təvəllüdlü İlyas Paşayev idarə etdiyi "Mitsubishi Airtrek" markalı avtomobillə yolu keçən 1968-ci il təvəllüdlü Aygün Şərafəddin qızı Həsənovanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.