Bərdədə bələdiyyə sədri cərimə olunub
17-11-2023, 11:06
1 242

Bərdədə bələdiyyə sədri cərimə olunub

Bərdədə bələdiyyə sədri barəsində inzibati protokol tərtib olunub

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbir zamanı rayonun Həsənqaya kəndi ərazisində məişət tullantılarının qalaqlanması halı aşkar edilib. Həmin kəndin bələdiyyə sədri barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Oxşar xəbərlər