Xərçəngə tutulan rəqqasə arıqlayıb belə oldu - FOTO
17-11-2023, 12:31
1 301

Xərçəngə tutulan rəqqasə arıqlayıb belə oldu - FOTO

Bir müddət əvvəl xərçəng xəstəliyinə tutulan türkiyəli rəqqasə Tanyelidən (Öznur Kral) xəbər var.
Türkiyə KİV xəbər verir ki, o, xəstəliyi səbəbilə bir neçə kiloqram çəki atıb.
Tanyeli oktyabrın 21-də xərçəng peyvəndi olunmaq üçün Kubaya gedib. Rəqqasə 10 gün orada qalıb. Kubadan qayıtdıqdan sonra səhhəti ilə bağlı açıqlama verən rəqqasə indi arıqlayaraq 52 kiloqram olduğunu deyib:
"Hazırda xəstəxanada yatıram. Damarlarım vasitəsilə qidalanıram. 52 kiloqrama qədər çəki itirdim. Xəstəxanadakı həkimlər mənə çox yaxşı baxırlar. Allahın icazəsi ilə yaxın günlərdə xəstəliyim bitər".

Oxşar xəbərlər