Vəfat edən aparıcının VƏSİYYƏTİ AÇIQLANDI - FOTO
17-11-2023, 12:40
1 300

Vəfat edən aparıcının VƏSİYYƏTİ AÇIQLANDI - FOTO

Ötən gün vəfat edən türkiyəli aparıcı Metin Ucanın vəsiyyəti açıqlanıb.
Türkiyə KİV xəbər veir ki, o öldükdən sonra yandırılaraq külünün İstanbul boğazına səpilməsini istəyib: 
"Yalnızam. Uzun müddətdir yalnızam. Məni dəfn etməyin. Yandırılaraq külümün İstanbul boğazına səpilməsini istəyirəm. Ümid edirəm, dostlarım vəsiyyətimi reallaşdırarlar. Yas məclisimin təşkil edilməsini istəmirəm. Sadəcə yaddaşlarda qalmaq istəyirəm".
Xatırladaq ki, Kocaelidə keçirdiyi avtomobil qəzasından sonra yerləşdirildiyi xəstəxanada süni tənəffüs aparatına qoşulan aparıcı ötən gün dünyasını dəyişib. 

Oxşar xəbərlər