Tatlıseslə Erbilə SƏRT SÖZLƏR - Nəvəniz yaşında qızlarla...
17-11-2023, 13:22
1 391

Tatlıseslə Erbilə SƏRT SÖZLƏR - Nəvəniz yaşında qızlarla...

Son zamanlar müğənni kimi səhnələrə çıxan oriyental rəqqasə Didem Karlı maraqlı açıqlamaları ilə diqqət çəkib.

Türkiyə mediasının xəbərinə görə, o “varlı kişilər gombul və çirkin olurlar, mən də ona görə həmişə kasıblara aşiq oluram. Burdan bütün zənginlərə salam söyləyirəm, məni yanlış anlamasınlar”,- deyib.

O bir zamanlar yanında çalışdığı İbrahim Tatlıses və sıx-sıx proqramlarına çıxdığı şoumen Mehmet Eli Erbil haqqında çox sərt fikirlər səsləndirib: 
"Nəvələri yaşda qızlarla eşq yaşamaq istəyirlər. Onların durub, durulacağı yoxdur. 40-dan sonra  yolunu azanları ancaq mürdəşir yuyub pak edə bilər. Hər kəs öz yaşının olduğu yaşamalıdır. Özlərindən 5-10 yaş kiçik sevsələr problem olmaz. 40 yaş kiçik biri ilə sevişmək nədir, ayıbdır. Bunlar ipin ucunu qaçırıb”,- deyə o, bildirib.

Oxşar xəbərlər