Cəmiyyət
17-11-2023, 14:17
1 395
Azərbaycandan kənarda barəsində qiyabi hökm çıxarılmış şəxslərlə bağlı görüləcək tədbirlər məlum olub
Azərbaycandan kənarda olan barəsində qiyabi hökm çıxarılmış şəxslərlə bağlı görüləcək tədbirlər məlum olub.
Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, qiyabi hökm və ya digər yekun qərarın çıxarılması qaydası müəyyənləşir. Belə ki, qiyabi hökm və ya digər yekun qərar bu Məcəllə ilə nəzərdə tutulmuş ümumi qaydada çıxarılır və icra edilir.
Barəsində qiyabi hökm və ya digər yekun qərar çıxarılmış şəxs Azərbaycan Respublikasının hüdudlarından kənarında olduqda qiyabi hökmün və ya digər yekun qərarın icra olunması üçün bu Məcəllədə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş tədbirlər görülür.