Cəmiyyət
20-11-2023, 10:34
1 281
Maşınlara ciddi ziyan dəyməsə də, sərnişin öldü
Bakıda ölümlə nəticələnən daha bir yol qəzası baş verib.
Nərimanov rayonu Ziya Bünyadov prospekti 2072-nin qarşısında 1999-cu il təvəllüdlü Kənan Əzizlinin sürdüyü “Hyundai” ilə 1998-ci il təvəllüdlü Məmməd Ağayevin taksi kimi idarə etdiyi “Toyota Prius” markalı avtomobil toqquşub.
Belə ki, eyni istiqamətdə hərəkət edən avtomobillər bir-birinə toxunaraq dayanıb. Bu zaman maşınlara ciddi ziyan dəyməsə də, “Toyota Prius”da olan sərnişin, Zaqatala rayon sakini, 1962-ci il təvəllüdlü Muxlisə Abdullayeva baş nahiyəsində ağrıların olduğunu deyib. O, hadisə yerinə dəvət edilən təcili tibbi yardım briqadası ilə xəstəxanaya aparılarkən yolda vəfat edib.
Faktla bağlı araşdırma aparılır.