"Əsəbiləşəndə həyat yoldaşımı vururam" - Şəbnəm Tovuzlu
20-11-2023, 12:30
1 724

"Əsəbiləşəndə həyat yoldaşımı vururam" - Şəbnəm Tovuzlu

Müğənni Şəbnəm Tovuzlu həyat yoldaşı ilə bağlı açıqlama verib.

Sənətçi "Xəbərin var?" verilişində bildirib ki, həyat yoldaşı Rafiq Əliyevlə küsülü olanda onu vurur:

"Bəzən olub ki, 5 gün küsülü qalmışıq. Düşünürəm ki, necə bu qədər küsülü qalmaq olar? Dözə bilmirəm. Ona zəng edib, ürək sözlərimi deyirəm. Hətta qarşısına çıxıb, əsəbiləşərək onu vururam. Amma o heç zaman mənə əl qaldırmaz. Deyirəm ki, tez ol denən məni sevirsən, yoxsa sevmirsən? Sevmirəm deyə bilər?".

Oxşar xəbərlər