Siyəzəndə avtomobil piyadanı vuraraq öldürüb
20-11-2023, 12:38
1 704

Siyəzəndə avtomobil piyadanı vuraraq öldürüb

Siyəzən rayonunda piyadanın ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un şimal börosunun məlumatına görə, Bakı-Quba avtomobil yolunun Siyəzən rayonundan keçən hissəsində Xaçmaz rayon sakini - 1994-cü il təvəllüdlü Qəribov Hüseynağa İsa oğlunu yolu keçərkən avtomobil vurub.

Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər