Sənin başın sonradan çönüb? - Elgiz 74 yaşlı müğənnini ələ saldı
20-11-2023, 17:26
6 871

Sənin başın sonradan çönüb? - Elgiz 74 yaşlı müğənnini ələ saldı

Teleaparıcı Elgiz Əkbər müğənni Əli Mirəliyevin arxiv görüntülərinə baxaraq təəccüblənib.
“Elgizlə İzlə” proqramında Mirəliyevin müsahibəsinə qulaq asan aparıcı bildirib:
“Necə eleqant danışırsan... Sənin başın sonradan çönüb?”
Bu sözlərin studiyadakıları güldürməsi 74 yaşlı müğənninin xətrinə dəyib:
“Mənim başım çönməyib. Siz mənə gülməyin. O vaxt bir kadr görmüşdüm, ondan sonra bu müsahibəni vermişdim. Cavanlar efirdə ayaqlarını ayaqlarının üzərinə qoyub otururdular. Bu, ən böyük hörmətsizlikdir. Az qala desinlər ki, filan dağı mən yaratmışam. Məəttəl qalırdım, deyirdim ki, əşşi bir dayanın görək. Mən oxuyanda siz mənim çamadanımı daşıyırdınız”.
 




Oxşar xəbərlər