Tolik: “Qarabağda mənə iş versələr, köçərəm ora” – VİDEO
22-11-2023, 11:22
1 300

Tolik: “Qarabağda mənə iş versələr, köçərəm ora” – VİDEO

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) açıqlaması ilə diqqət çəkib. 

Tarix qonaq olduğu “Xəbəriniz var?” maqazin verilişində bildirib ki, Qarabağa köçüb orada işləmək arzusundadır. 

“Tam səmimiyyətimlə deyirəm, Qarabağımızın istənilən bölgəsində televiziya açılsa və mənə orada kanalın baş prodüseri kimi və ya hansısa mədəniyyət idarəsində iş versələr, təbii ki, öz sahəmə uyğun “şələ-şüləmi” yığıb gedib orada yaşayaram və işləyərəm”, - deyə Tolik vurğulayıb. 
 

Oxşar xəbərlər