"Əli Kərimli çox yaxşı bilir ki, onun söylədikləri yalandır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ
22-11-2023, 12:22
1 324

"Əli Kərimli çox yaxşı bilir ki, onun söylədikləri yalandır" - DEPUTAT MÜNASİBƏT BİLDİRDİ

"AXCP sədri Əli Kərimli yenə də öz köhnə ampluasındadır. O yenə da yalan və iftira ilə dolu məlumatlar yayaraq Azərbaycan dövlətini vətəndaşlarımızın hüquqlarının pozulmasında media üzərinə basqılarda ittiham edir. Onun son çıxışı da bu qəbildəndir". Bu sözləri  açıqlamasında deputat Elman Nəsirov deyib.

Deputat sözlərinə belə davam edib: "Belə ki, Əli Kərimli indi də Abzas medianın qaçaqmalçılıq cinayətinə görə saxlanılan direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızının hay-həşirlə müdafiəsinə qalxaraq onlardan qəhrəman formaşaldırmaq istəyir. Əli Kərimli elə təqdimat aparır ki, guya bu şəxslər Azərbaycan mediasının güzgüləridirlər və azadlıq cəfakeşləridir. Amma reallıq tamamilə başqa şeyləri diktə edir. Reallıq ondan ibarətdir ki, həm Ülvi Həsənli, həm də Sevinc Vaqifqızı konkret cinayət əməlində şübhəli şəxs kimi saxlanılıblar. Onların qaçaqmalçılıqla məşğul olduğu faktı üzə çıxıb. Əməliyyatçılar bu qurumun fəaliyyətində qaçaqmalçılıqla bağlı konkret faktlar üzə çıxarıblar. Ona görə də indidən hay-küy salıb çalışırlar ki, beynəlxalq aləmdə belə bir rəy formalaşdırsınlar ki, Azərbaycanda daha iki siyasi məhbusun olacağını bəyan edirlər. Bu mövqeyi beynəlxalq ictimaiyyətə sırımaq istəyirlər".
Deputat sözlərinə belə davam edib: "Adı çəkilən şəxslərin heç biri siyasi məhbus deyil. Onlar konkret cinayət əməlinə görə saxlanılıb. Onlarla bağlı cinayət işi açılıb və məhkəmə qərarı ilə hüquqi dövlət olaraq məsələlərə qiymət verilir. Burada başqa məna axtarmaq lazım deyil. Əli Kərimli çox yaxşı bilir ki, onun söylədikləri yalandır. Sadəcə, Əli Kərimlinin bu gün mövcudluğu üçün belə bəyanatlar vermək lazımdır. Çünki onun xaricdəki ağaları məhz bunu tələb edir. Onlar tələb edir ki, Azərbaycan iqtidarına qarşı yayılan və iftira dolu məlumatları maksimum yaymaq lazımdır. Görünür, Əli Kərimli son zamanlar ABŞ və Avropanın bir çox dövlətlərinin anti-Azərbaycan siyasətlərindən ruhlanıb. Çünki onlar Azərbaycanın tarixi zəfərini həzm edə bilmir, öz ermənipərəst siyasətlərini açıq şəkildə ifadə edib Azərbaycanla təzyiq dilində danışmaq istəyirlər. Bunların heç birinin mənası yoxdur. Çünki Azərbaycan güclü və qalib dövlətdir. Sadəcə olaraq Əli Kərimli və onun kimiləri bu vəziyyətdən maksimum bəhrələnmək, Azərbaycanda qarışıqlıq salmaq və səfərbər olmuş cəmiyyəti pozmaq əsas niyyətindədir. Amma bu niyyətləri gözlərində qalacaq. Çünki dövlətimiz çox güclüdür və ona qarşı olan təhdidlərə müqavimət potensialı kifayət qədər böyükdür. Bizdə vətəndaş həmrəyliyi hökm sürür. Azərbaycan xalqı öz Prezidenti ətrafında monolit birlik nümayiş etdirir. Bizə olan təzyiqlərin kökündə dayanan əsas səbəblərdən biri odur ki, Prezidentimiz müstəqil və öz xalqının milli mənafeyindən irəli gələn siyasət həyata keçirir. Bunu həzm edə bilməyənlər bizə təzyiq göstərir və Əli Kərimli kimilərdən də anti-Azərbaycan mövqeyinin formalaşması üçün istifadə edirlər. Xalqımız da bunları görür".

Oxşar xəbərlər